Quba–Qəçrəş avtomobil yolunda uzun müddət bağlı qalan hissədə nəqliyyatın hərəkəti yenidən təmin edilib.
Shimal.News xəbər verir ki, yolun qayaların uçması nəticəsində bağlanan hissəsi xüsusi texnika vasitəsilə daş və qaya parçalarından təmizlənərək istifadəyə verilib.
Hazırda avtomobillərin həmin istiqamətdə hərəkəti bərpa olunub.
Sürücülərə ehtiyatlı olmaları və dağlıq ərazilərdə hərəkət zamanı təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.