Qubada yük avtomobili minik avtomobili ilə toqquşub. Bu haqda 6 aprel tarixində Shimal.news məlumat verir.
Hadisə martın 5-i saat 17:30 radələrində Qəçrəş kəndində qeydə alınıb. “Vaz-2106” markalı avtomobil yolun kənarında dayanan “Ford Transit” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar.