Qubada iki minik avtomobili toqquşub. Bu haqda 5 aprel tarixində Shimal.news məlumat verir.
Qəza saat 12:40 radələrində Heydər Əliyev prospektində yerləşən “Megastore” mağazasının önündə qeydə alınıb. “Mitsubishi” markalı avtomobil öz yolu ilə hərəkət edən zaman qəfil qarşısına çıxan “Mercedes” markalı avtomobilə çarpılıb.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
[caption id="attachment_39266" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]