Qubanın əsas yollarının birində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə ShimalNews 5 may tarixində məlumat verir.
M.P.Vaqif küçəsində (“ASAN Xidmət”in yanı) təmir işləri aparılır. “5 saylı Yol istismarı” MMC tərəfindən əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb edilib.
Hazırda yolun asfaltlanması üçün hazırlıq aparılır.