Qubada bu gün səhər saatlarında yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 20 aprel tarixində məlumat verir.
Qəza köhnə avtovağzal ərazisində baş verib. “KamAZ” markalı yük və “Hyundai” markalı minik avtomobilləri toqquşub.
Şahidlər bildiriblər ki, “Kamaz” sola dönmək istəyərkən hərəkət yolunu böyük götürüb və digər avtomobili sıxıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.