Quba bazarının giriş yolunda avtomobillər geridönmə əməliyyatı edə biləcək. Bu barədə ShimalNews 5 iyul tarixində məlumat verir.
Hazırda bordür və daşlardan ibarət arakəsmə sökülüb. Əvvəllər olduğu kimi, nəqliyyat vasitələrinə buradan keçid imkanı yaradılacaq. Bununla tıxacların azaldılmasına nail olunması gözlənilir.