Qubada nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda ShimalNews 15 mart tarixində xəbər verir.
Quba Rayon Polis Şöbəsi əməkdaşları axtarış əməliyyatı həyata keçiriblər. Nəticədə martın 14-də Barlı kəndi ərazisindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.