Qubada saat 15:15 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 14 aprel tarixində məlumat verir.
Hadisə H.Əliyev prospektində (ASAN xidmətin qarşısında) qeydə alınıb. “Mercedes” və “VAZ-2109” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə DYP-nin və sığortanın əməkdaşları cəlb ediliblər.
Şahidlərin sözlərinə görə, “09”-un digər avtomobilə yol verməməsi səbəbindən qəza baş verib.