Qubanın mərkəzi küçələrindən birinin təmirə ehtiyacı var. Bu haqda 21 iyun tarixində ShimalNews-a məlumat daxil olub.
Söhbət Ərdəbil küçəsindən gedir. Sakinlər bildirirlər ki, bu yola uzun illərdir yamaqlar vurulur. Lakin buna baxmayaraq, yol örtüyü yenə də yararsız vəziyyətdədir.
“Hər dəfə yağışdan sonra yol daha da betər günə düşür. Əsaslı təmir olunsaydı, bu yolla hərəkət edən minlərlə insan rahat istifadə edərdi”, - deyə oxucu bildirib.