Quba rayonunda bu gün saat 13:15 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 14 mart tarixində məlumat verir.
Qəza Quba-Amsar yolunda (“Quba” şadlıq sarayının yanında) baş verib. “Naz” və “Ford” markalı minik avtomobilləri toqquşub.
Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, ara məsafəsini gözləməyən “Naz” qarşıda olan nəqliyyat vasitəsinə çarpılıb.