top
Qəbələnin bənövşəyi möcüzəsi: Lavanda sahələri
Foto
09 iyul 2026, 16:04
- ↺ +

Qəbələnin bənövşəyi möcüzəsi: Lavanda sahələri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələ ilin bütün fəsillərində özünəməxsus gözəlliyi ilə seçilən və minlərlə yerli, eləcə də xarici turistin üz tutduğu turizm məkanlarından biridir. Yay aylarında isə rayonun lavanda sahələri ziyarətçilərin ən çox maraq göstərdiyi ünvanlar sırasındadır.

Çuxur Qəbələ kəndində yerləşən "Essenso Garden" aqroturizm mərkəzi bu baxımdan xüsusi diqqət çəkir. 2018-ci ildən fəaliyyət göstərən və 30 hektar ərazini əhatə edən mərkəzdə lavanda və digər aromatik bitkilər becərilir, həmçinin təbii lavanda yağı və müxtəlif ekoloji məhsullar istehsal olunur.

May ayının ortalarından oktyabrın sonunadək davam edən mövsümdə lavanda sahələri bənövşəyi rəngə bürünərək turistlərə möhtəşəm mənzərə təqdim edir. Ərazidə yaradılan dekorativ və tematik fotozonalar da ziyarətçilərin böyük marağına səbəb olur.

Xüsusilə gün batımı zamanı günəş şüalarının lavanda tarlaları ilə yaratdığı rəng harmoniyası əraziyə xüsusi gözəllik bəxş edir. Bu mənzərəni izləyən turistlər təbiətin bu füsunkar guşəsinin onlarda unudulmaz təəssüratlar yaratdığını bildirirlər.

Lavanda ətri ilə əhatələnən bu aqroturizm məkanı həm təbiətsevərlər, həm də foto həvəskarları üçün Qəbələnin ən cəlbedici istirahət ünvanlarından biri hesab olunur.






Mənbə: AZƏRTAC

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər