top
Qəbələdə qədim şəhərin Qala ərazisində saray tipli bina aşkarlanıb
Foto
21 sentyabr 2026, 16:19
- ↺ +

Qəbələdə qədim şəhərin Qala ərazisində saray tipli bina aşkarlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələnin Qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı saray tipli ictimai binanın qalıqları üzə çıxarılıb. Arxeoloqlar tikilinin miqyası və memarlıq xüsusiyyətlərinin onun adi yaşayış evi olmadığını göstərdiyini bildirirlər.

Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, professor Qafar Cəbiyev məlumat verib.

Aşkar edilən binanın bünövrəsi iri blok və mədən daşlarından inşa olunub. Divarın təxminən 20 metrlik hissəsi tədqiq edilib və onun qazıntı sahəsindən kənara doğru davam etdiyi müəyyənləşdirilib.

Professorun sözlərinə görə, divar qalıqları xronoloji baxımdan daha erkən dövrə aid ola bilər. Aşkar olunan bəzi nümunələr tikilinin VIII əsrdən əvvəlki dövrə aid olması ehtimalını yaradır. Bununla yanaşı, ərazidə sonrakı mərhələlərdə də tikinti işlərinin aparıldığı bildirilir.

Qazıntılar zamanı çoxlu sayda iri saxsı kərpic və kirəmit parçaları tapılıb. Bu, binanın damının kirəmitlə örtüldüyünü göstərir. Ərazidən rəngli, o cümlədən firuzəyi kaşı fraqmentlərinin aşkarlanması isə tikilinin daxili hissələrinin nəfis şəkildə bəzədilmiş ola biləcəyini ehtimal etməyə əsas verir.

Arxeoloqlar qazıntı sahəsində geniş yanıq izləri də müəyyənləşdiriblər. İlkin ehtimala görə, bina hansısa mərhələdə güclü yanğına məruz qalıb. Lakin alimlər qeyd edirlər ki, tədqiqatlar hələ ilkin mərhələdədir və tikilinin dəqiq yaşı ilə funksiyasını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Qafar Cəbiyev bildirib ki, Qəbələdə əvvəlki illərdə də çoxsaylı tikinti qalıqları aşkarlanıb. Lakin onların əsas hissəsi yaşayış evləri və fərdi tikililər olub. Yeni aşkar edilən binanı fərqləndirən əsas xüsusiyyət isə iri platformalar və nəhəng blok daşlardan istifadə olunmasıdır.

Alimin sözlərinə görə, bu xüsusiyyətlər tikilinin ictimai xarakter daşıdığını, hətta ilkin ehtimallara əsasən inzibati məqsədlə istifadə olunan bina ola biləcəyini göstərir. Bununla belə, binanın konkret funksiyası yalnız qazıntılar genişləndirildikdən və tapıntılar kompleks şəkildə araşdırıldıqdan sonra müəyyən edilə bilər.

Aşkar olunan materialların bir qisminin laboratoriyada, o cümlədən radiokarbon analizləri vasitəsilə tədqiq edilməsi planlaşdırılır.

Qeyd edək ki, Qəbələnin Qala ərazisində arxeoloji qazıntılar 1–29 sentyabr tarixlərində aparılır. Tədqiqatların əsas məqsədi tikilinin daha geniş hissəsini üzə çıxarmaq, memarlıq xüsusiyyətlərini və funksiyasını müəyyənləşdirmək, həmçinin abidənin dəqiq xronologiyasını aydınlaşdırmaqdır.



Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər