top
Qəbələdə 14 yaşlı qızla cinsi əlaqədə olan 18 yaşlı gəncə hökm oxundu
30 iyul 2026, 15:21
- ↺ +

Qəbələdə 14 yaşlı qızla cinsi əlaqədə olan 18 yaşlı gəncə hökm oxundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələdə 18 yaşlı oğlan 14 yaşlı qıza qarşı seksual hərəkətlər edib.


Shimal.News-un məlumatına görə, hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb. 


İstintaq materiallarına əsasən, 2008-ci il təvəllüdlü qəsəbə sakini Natiq  saxta "İnstagram" hesabı vasitəsilə 2011-ci il təvəllüdlü Aygün ilə əlaqə yaradıb. O, zərərçəkmişin 14 yaşına çatmadığını və aralarında dörd yaş fərqi olduğunu bildiyi halda sosial şəbəkədə yazışmalar apararaq onunla sevgi münasibəti qurub. 

Bir müddət davam edən yazışmalardan sonra Natiqlə Aygün zərərçəkmişin yaşadığı evin yaxınlığında görüşüblər. Təqsirləndirilən şəxs əvvəlcə evin giriş qapısının qarşısında qızın razılığı ilə onu dodağından öpüb. Daha sonra onlar birlikdə həyətə daxil olub, evin sağ tərəfində yerləşən fındıq ağacının yaxınlığında qeyri-təbii yolla cinsi münasibətdə olublar. 

Cinayət hadisəsi valideynlərin toy mərasimindən evə qayıtmasından sonra üzə çıxıb. Zərərçəkmişin anası verdiyi ifadəsində bildirib ki, hadisə günü həyat yoldaşı ilə birlikdə kənddə keçirilən toy mərasiminə gediblər. Qızları isə başının ağrıdığını əsas gətirərək evdə qalıb. Valideynlər evə qayıtdıqda qızlarını evdə tapa bilməyiblər. Qızlarını həyətin girişində ağlayan vəziyyətdə görüblər. Ata qızından nə baş verdiyini soruşduqda, o, babası Yuri ilə mübahisə etdiyini və buna görə həyətə çıxdığını deyib.

Ancaq ailə üzvləri hadisədən şübhələnərək babaya məxsus mobil telefonu yoxlayıblar. Telefonun "Instagram" yazışmalarında Natiq adlı şəxslə mesajlar aşkar edilib. Bundan sonra ailə polisə müraciət edərək şikayət ərizəsi verib.

Zərərçəkmiş Aygün isə ifadəsində bildirib ki, təxminən bir il əvvəl babasının telefonunda "Instagram" hesabı açıb. Onun sözlərinə görə, hadisədən bir neçə gün əvvəl Nic qəsəbəsində yaşayan, məktəbin 11-ci sinif şagirdi olan Natiq ona sosial şəbəkədə izləmə sorğusu göndərib və mütəmadi yazışmağa başlayıblar. Bir müddət sonra Natiq ona görüşməyi təklif edib. Zərərçəkmiş bu təklifi qəbul edib və razılaşdırılmış vaxtda yaşadığı evin yaxınlığında görüşüblər.

Aygün qeyd edib ki, görüş zamanı onlar qucaqlaşıb, öpüşüb, onun razılığı ilə qeyri-təbii yolla cinsi münasibətdə olublar.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Natiq təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, adlar şərti verilib. 

Əsmər Sənani

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər