Şimalın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv olunub.
Bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib.
Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.
Mərasimlərdə yalnız çay süfrəsi açılacaq.
Qeyd edək ki, indiyə qədər şimal rayonlarında Quba, Şamaxı və Balakəndə ehsan verilməsi dayandırılıb.