Qax rayonunun Fıstıqlı kəndi sakini Rusiya–Ukrayna müharibəsində həyatını itirib.
Teleqraf.az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü Mahmud Mübariz oğlu Maqsudov Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə döyüşlər zamanı həlak olub. Onun nəşi Azərbaycana gətirilərək doğulduğu Fıstıqlı kəndində torpağa tapşırılıb.
Bildirilir ki, Mahmud Maqsudov uzun müddət Rusiyada yaşayıb və Rusiya–Ukrayna müharibəsində Rusiya tərəfdən iştirak edib.
Fakt bölgədə kədər hissi ilə qarşılanıb.