Quba, Xaçmaz və İsmayıllı rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
Shimal.News xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində nəzarət tədbirləri keçiriblər.
Aparılan araşdırmalar nəticəsində Quba rayonunun Təngəaltı, Xaçmaz rayonunun Çaykənarı və İsmayıllı rayonunun Zərnava kəndləri ərazisində yaşıllıqlara qanunsuz müdaxilə olunduğu müəyyən edilib.
Məlumata görə, qanunsuz ağackəsmə nəticəsində təbiətə külli miqdarda ziyan dəyib. Ümumilikdə ölkə üzrə hesablanmış ekoloji ziyanın məbləği 90 min 760 manat təşkil edir.