top
Qadın tanışını Qusarda çəkilən intim görüntülərlə hədələyib – TƏFƏRRÜAT
09 iyun 2026, 12:49
- ↺ +

Qadın tanışını Qusarda çəkilən intim görüntülərlə hədələyib – TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qusarda 26 yaşlı qadın münasibətdə olduğu 58 yaşlı kişini intim görüntüləri ilə şantaj edib.

Shimal.News məlumat verir ki, məhkəmə materiallarına görə, Günel (şərti ad) işlədiyi kafedə tanış olduğu Şükürlə (şərti ad) sonradan əlaqə saxlayaraq onu yaşadığı evə dəvət edib. 

Məhkəmədə Günel elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, videonu Şükürün öz xahişi ilə çəkib:

"Sonradan baxıb həzz alması üçün videonu mənə çəkdirdi, ona göndərməyimi istədi. Mən onu şantaj etməmişəm, pul tələbim olmayıb. OO, mənə 300 manat verəcəyini demişdi. Mən də müəyyən səbəblərə görə Şükürdən 200-300 manat istəməli oldum. O, xahiş edəndə videonu vermədim. Sonra mənə pul verəcəyini dedi. Ancaq videonu Şükürə yollamadım, buna görə münasibətlərimiz pozuldu".

İstintaqın gəldiyi nəticəyə əsasən, qadın həmin görüntüləri yayacağı ilə hədələyərək kişidən 3500 manat tələb edib. 

Zərərçəkmiş Şükür isə pul ödəmək əvəzinə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, 2025-ci ilin qış aylarında dostu Telmanla birlikdə Qusar şəhərində kafeyə gedib:
"Telman məni kafedə ofisiant işləyən Günel adlı xanıma təqdim edərək bioloji təbabətlə məşğul olduğumu bildirdi. Günel isə övladında nitq qüsurları olduğunu dedi, köməklik göstərməyimi xahiş etdi. Avtomobildən dərman götürüb ona verdim. Bununla aramızda ünsiyyət yarandı. Təxminən 10 gün sonra ünsiyyətimiz kəsildi".

Həmin ilin avqust ayında Günel Şükürə yazıb: "O, işdən çıxdığını, sevgilisindən ayrıldığını bildirdi, məni öz evinə dəvət etdi. Aramızda intim mövzularda da söhbət oldu. Sonrakı gün axşam saat 20 radələrində Qusar şəhərinə gəldim, bazarlıq edərək Günelin evinə getdim. Birlikdə spirtli içki içdik. Onunla intim hərəkətlərlə məşğul oldum. Günel prosesi mobil telefonunun kamerası ilə qeydə aldı".

Məhkəmədə qadın pul tələb etmədiyini və görüntülərin qarşı tərəfin razılığı ilə çəkildiyini iddia etsə də, iş materiallarında onun istintaq zamanı ifadələrdə görüntülərdən istifadə edərək pul almaq qərarına gəldiyini bildirdiyi qeyd olunub.

Araşdırmaların nəticəsi olaraq Qusar Rayon Məhkəməsi qadını hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər