Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev vəzifəsindən azad olunub.
İqtisadiyyat.az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul edilib.
Digər qərara əsasən isə o, paytaxtda yerləşən 54 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor təyin edilib.
Məlumat üçün bildirək ki, Pərvin Ağasıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə 2022-ci ilin aprel ayında təyinat almışdı.