top
Oğuzlu Milli Qəhrəmanımızın doğum günüdür
03 iyul 2026, 12:40
- ↺ +

Oğuzlu Milli Qəhrəmanımızın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Koroğlu Rəhimovun anım günüdür. Onun vəfatından 33 il ötür.

Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulub. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə gedib.

1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalına, Sarıcalar kəndinə köçüb. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gələrək, Azərbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə hərbi xidmətə yollanan Rəhimov 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurub və yarımçıq qalmış təhsilini tamamlayıb.

1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25-26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərib.

Koroğlu Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 martda Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılır. 30 apreldə N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunur. 13 iyunda bölük Goranboyun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edir. Dəstə 15 ermənini məhv edərək 4 nəfəri əsir götürür, xeyli silah-sursat ələ keçirir. Koroğlu təkbaşına 5 düşməni məhv edir.

3 iyul 1992-ci ildə Koroğlunun bölüyü Ağdərə istiqamətində hücuma keçir. Ağdərə uğrunda baş verən qanlı döyüşlərin birində 38 yaşlı Koroğlu Rəhimov şəhid olur. Koroğlu İsmayıl oğlu Rəhimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Qeyd edək ki, 1979-cu ildə əmisi qızı Aybəniz adlı xanımla ailə həyatı quran Koroğlunun bu dünyada 3 yadigarı var: Rəşad, Samir, Ülviyyə. 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər