Oğuz şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə iki nəfər xəsarət alıb.
Shimal.News -un əldə etdiyi məlumata görə, "KİA" markalı avtomobilin qadın sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarında dayanan piyadalar — 55 yaşlı Qərənfil Kərimova və 53 yaşlı Gültəkin Namazovanı vurub. Daha sonra nəqliyyat vasitəsi "VAZ-2106" markalı avtomobilə çırpılıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.