top
Oğuzda mülki müdafiə təlimi: 254 şəxsi heyət, 41 texnika
28 aprel 2026, 11:01
- ↺ +

Oğuzda mülki müdafiə təlimi: 254 şəxsi heyət, 41 texnika

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Oğuzda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təliminə 254 şəxsi heyət, 41 texnika cəlb olunub.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, FHN Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, FHN-in aidiyyəti yerli strukturlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.

Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib.

Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər