Oğuz şəhərinin Mirzə Fətəli Axundov küçəsində illərdir küçə işıqlandırma sisteminin işləməməsi sakinlərin narazılığına səbəb olur. Oxşar problemlə Mikayıl Müşfiq, Rasim Ocaqov, Dədə Qorqud və digər küçələrin sakinləri də üzləşdiklərini bildirirlər.
"1990-cı ildən burada yaşayırıq. O vaxtdan bu küçədə işıqların yandığını görməmişik. Küçəmiz çayın və dağın kənarında yerləşir. Ərazidə müxtəlif vəhşi heyvanlar olur. Axşam saatlarında uşaqlar çölə çıxa bilmirlər", - deyə sakinlərdən biri bildirib.
Video: BakuTv