top
Oğuzda fındıq bol oldu, amma fermer sevinə bilmir
Foto
10 sentyabr 2026, 13:10
- ↺ +

Oğuzda fındıq bol oldu, amma fermer sevinə bilmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan fındıq istehsalına görə dünyada ilk sıralarda yer alır. Ölkənin əsas fındıqçılıq bölgələrindən olan Şəki-Zaqatala iqtisadi rayonunda bu il bağlarda məhsul bol olsa da, fermerlər satış qiymətlərindən narazıdır.

Hazırda Oğuzda fındığın aktiv yığım mövsümüdür. Rayonda 4375 hektar fındıq bağı var və bunun 2300 hektarı bar verən sahələrdir.

Fermerlərin sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir, lakin qiymətlər kəskin aşağı düşüb.

Padar kənd sakini Tamella Məmmədova bildirib ki, bol məhsula baxmayaraq, qabıqlı fındığın kiloqramını 3 manata belə satmaq çətindir.

20 hektara yaxın fındıq bağı olan fermer Müşfiq Dadaşov isə qeyd edib ki, ötən il qabıqlı fındığın kiloqramı 6-8 manata satıldığı halda, hazırda qiymət 2,5-3 manat arasında dəyişir. Onun sözlərinə görə, bir hektar bağa il ərzində 700-800 manat aqrotexniki qulluq xərci çəkilir. Bundan əlavə, məhsulun yığılması üçün hər kiloqrama 40 qəpik əməkhaqqı ödənilir.

Oğuz bazarında isə hazırda qərzəkli fındıq 3,5-4 manat, qərzəksiz fındıq 11-13 manat arasında təklif olunur.

Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Azər Vəliyev də mövcud qiymətlərin fermerləri qane etmədiyini bildirib. Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti təsərrüfatlara əlavə çətinlik yaradıb və məhsulun yetişdirilməsi üçün çəkilən xərclər artıb.

A.Vəliyev qeyd edib ki, ötən il Oğuzda 1500 tondan çox fındıq istehsal olunub. Bu il isə məhsulun daha bol olduğu bildirilir.

İqtisadçı-ekspert Xalid Kərimli qiymətlərin dünya bazarındakı vəziyyətlə əlaqəli olduğunu deyib. Onun sözlərinə görə, ötən il Türkiyədə quraqlıq səbəbindən dünya bazarında fındığın qiyməti yüksəlib. Bu il isə həm Türkiyədə, həm də Azərbaycanda məhsulun bol olması qiymətlərə təsir göstərib.

Ekspert hesab edir ki, qarşıdakı aylarda ixracın və satışların genişlənməsi ilə qiymətlərdə sabitləşmə baş verə bilər.


Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər