Bakı–Quba–Rusiya sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində yeni radar quraşdırılıb.
Shimal.News xəbər verir ki, sürət ölçən cihaz Yergüc kəndi ərazisində yerləşdirilib. Sakinlərin sözlərinə görə, burada tez-tez yol-nəqliyyat hadisələri baş verib.
Sürücülər bildirirlər ki, yolun bu hissəsində körpü yerləşir və hərəkət zolağı ensizdir. Buna baxmayaraq, bəzi avtomobillər ərazidən yüksək sürətlə keçiblər. Yeni radarın quraşdırılmasının məqsədi sürət həddinə nəzarəti gücləndirmək və mümkün qəzaların qarşısını almaqdır.