Elmi dərəcə alan hərbçilərin leytenant rütbəsində qalma müddəti azaldılıb.
Shimal.News xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunlara dəyişiklikləri təsdiqləyib.
Yeni dəyişikliyə əsasən, magistratura (rezidentura) və ya doktorantura (adyunktura) təhsilini başa vuraraq elmi dərəcə alan hərbçilərin rütbədə qalma müddəti azaldılacaq. Bu azalma hər təhsil səviyyəsi üzrə bir dəfə olmaqla 1 il təşkil edəcək.
Bundan başqa, bəzi hərbi qulluqçular üçün leytenant rütbəsində xidmət müddəti də müəyyənləşdirilib. Beşillik hərbi təhsil müəssisələrini bitirənlər üçün bu müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün isə 1 il olacaq.
Digər hallarda da leytenant rütbəsində olma müddəti 1 il müəyyən edilib.