Xudatda ictimai nəqliyyat vasitəsinin olmaması ilə bağlı sakinlərin müraciəti gündəmə gətirilib. Bu barədə ShimalNews 24 iyun tarixində məlumat verir.
Milli Məclisin iclasında deputat Sevil Mikayılova sakinləri narahat edən məsələni səsləndirib. Bildirilib ki, 20 min əhalisi və geniş ərazisi olan Xudat şəhərində ictimai nəqliyyatın olmaması çətinliklər yaradır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov məsələdən xəbərdar olduğunu bildirib. Bu istiqamətdə görülən işlərdən danışıb.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/06/video4.mp4"][/video]