top
Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır
16 sentyabr 2026, 17:27
- ↺ +

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Magistratura, rezidentura və doktoranturanı başa vuran zabitlərin hərbi rütbədə olma müddətinin azaldılması təklif olunur.

Shimal.News xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə olunan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyəsini müvəffəqiyyətlə bitirmiş, həmçinin doktoranturada və ya adyunkturada təhsilini başa vuraraq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti hər təhsil səviyyəsi üzrə bir dəfə 1 il azaldılacaq.

Sənəddə "leytenant" hərbi rütbəsində olma müddəti ilə bağlı qaydalara da dəyişiklik təklif edilir.

Hazırda təhsil müddəti 5 il və daha çox olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirən hərbi qulluqçular üçün leytenant rütbəsində xidmət müddəti 1 ildir. Yeni təklifə əsasən, 5 illik təhsil proqramını bitirənlər üçün bu müddət 2 il müəyyən ediləcək.

Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə leytenant rütbəsində olma müddəti 1 il olaraq qalacaq.

Layihə Milli Məclisdə qəbul ediləcəyi təqdirdə hərbi qulluqçuların rütbələrdə xidmət müddətinin hesablanması ilə bağlı yeni tənzimləmələr tətbiq olunacaq.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər