top
Leyla Əliyeva Azərxalçanın Şabran filialında
25 fevral 2026, 11:18
- ↺ +

Leyla Əliyeva "Azərxalça"nın Şabran filialında

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 24-də Heydər Əliyev Fondunun, "PASHA Holding"in və "PMD Projects"in təşkilatçılığı ilə "Azərxalça" ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında keçirilib.

Xalçaların kəsim mərasimi Leyla Əliyevanın iştirakı ilə olub.

Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə tanış olub, toxucularla söhbət edib, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim mərasimində iştirak edib.

Qeyd edək ki, Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Hər birinin eni 12, uzunluğu 19 metr olan iki xalçanın ümumi uzunluğu 38 metrdir.

Məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsindən ötrü hazırlanan bu iki xalçanın toxunmasına 2025-ci il yanvarın 21-də başlanılıb. Şabranda toxunan iki xalçanın ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib, onlar 50 milyona yaxın ilmə atıblar.

Xalçalar Azərbaycan xalçaçılıq sənətinin yüksək peşəkarlığını və zəngin bədii irsini özündə əks etdirir. Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda iki dəzgah sifariş edilib. Dəzgahlar xaricdən dəvət olunmuş mütəxəssis qrupu tərəfindən məhz "Azərxalça" ASC üçün hazırlanıb.

Xatırladaq ki, Şuşa məscidinin birinci mərtəbəsi üçün hazırlanmış, diametri 22,17 metr olan və ümumdünya xalçaçılıq tarixində analoqu olmayan dairəvi əl xalçasının kəsilməsi mərasimi bu ay Leyla Əliyevanın iştirakı ilə keçirilmişdi.

"Qarabağ" xalça qrupuna aid motivlər və "Xətai" ornamentləri əsasında hazırlanan həmin nadir sənət əsərinin toxunma prosesində 150 toxucu xanım iştirak edib, xalçaya təxminən 60 milyon ilmə vurulub.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər