Kəndlərdə kommunal xidmətlərin qiymətləri ilə bağlı yeni təklif səsləndirilib. Təklifə əsasən, kənd sakinləri üçün kommunal xidmətlər üzrə müəyyən limitlərin ləğvi, bəzi ödənişlərə isə güzəştlərin tətbiqi nəzərdən keçirilə bilər.
Bəs kommunal güzəştlər kəndlərdən şəhərlərə köçün qarşısını ala bilərmi?
Quba sakinlərinin sözlərinə görə, xüsusilə qış aylarında kommunal xərclərin artması ailə büdcəsinə ciddi təsir göstərir. Sakinlər hesab edirlər ki, güzəştlərin tətbiqi ailələrin kommunal xərclərini azaltmaqla yanaşı, kənd yerlərində yaşayışı da daha əlverişli edə bilər.
Video: İTV