İsmayıllı rayonunun Girk kəndində yerləşən XIX əsrə aid tarixi kilsə baxımsız vəziyyətdədir.
Hazırda abidənin damının böyük hissəsi uçub, divarları isə ciddi şəkildə aşınaraq yararsız hala düşüb.
Kənd sakinlərinin sözlərinə görə, aidiyyəti qurumların nümayəndələri dəfələrlə əraziyə gələrək abidəni qeydiyyata alıblar. Lakin indiyədək onun bərpası və mühafizəsi istiqamətində hər hansı ciddi addım atılmayıb.
Video: Baku TV