İsmayıllıda baş verən qəza zamanı 2 azyaşlı uşaq xəsarət alıb. Bu haqda bu gün, 21 mart tarixində ShimalNews Apa-ya istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi rayonun Buynuz kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 28 yaşlı Cavad Qədirlinin idarə etdiyi “Opel” markalı avtomobil aşıb. Sürücünün avtomobildə olan övladları - 5 yaşlı Qədirli Arda və 2 yaşlı Adəm Qədirli xəsarət alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Azyaşlıların vəziyyəti orta ağırdır.