İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 25 iyul tarixində Report-a istinadən xəbər verir.
Hadisə şəhər ərazisində qeydə alınıb."VAZ-2106" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub. Nəticədə xəsarət alan 3 nəfər mərkəzi xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.