“Jeep” markalı minik avtomobili İsmayıllı rayonunda yolsuzluq şəraitində qalıb. Bu haqda ShimalNews 15 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
İçərisində 2 nəfərin olduğu avtomobil Lahıc qəsəbəsində cətin vəziyyətə düşüb. Orada olan şəxslər "112" qaynar telefon xəttinə kömək üçün müraciət ediblər.
Xilasetmə qüvvələrinin gördüyü tədbirlər nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.