İsmayıllı rayon sakini qəzada xəsarət alıb, digər şəxs isə dünyasını dəyişib. Bu barədə ShimalNews 6 fevral tarixində məlumat verir.
Hadisə fevralın 5-i Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində baş verib. Rayon sakini E.Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub.
Nəticədə "Ford"un sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin, İsmayıllı rayon sakini N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.