top
İsmayıllı rayon prokurorluğunda Açıq qapı günü keçirilib
18 sentyabr 2026, 12:10
- ↺ +

İsmayıllı rayon prokurorluğunda "Açıq qapı" günü keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayon prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə "Açıq qapı" günü keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaşlarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi, hüquqi maarifləndirmənin təşviqi və prokurorluq orqanlarının fəaliyyətində açıqlıq və şəffaflıq prinsiplərinin nümayiş etdirilməsi olub.

Görüşdə çıxış edən İsmayıllı rayon prokuroru Tural Yusifov "Açıq qapı" günlərinin prokurorluğun fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması, hüquqi biliklərin artırılması və vətəndaşlarla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, prokurorluq tərəfindən həyata keçirilən fəaliyyətin əsas istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması və onların hüquq və qanuni mənafelərinin müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib.

Daha sonra iştirakçılara prokurorluq orqanlarının strukturu, səlahiyyətləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov respublika üzrə prokurorluq orqanlarının fəaliyyəti, həyata keçirilən institusional islahatlar və müasir idarəetmə yanaşmaları barədə danışıb. O, prokurorluq orqanlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, media ilə əməkdaşlığın inkişaf etdirilməsi və cəmiyyətin operativ və obyektiv məlumatlandırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Kənan Zeynalov, həmçinin müasir informasiya mühitində prokurorluq orqanlarının media və ictimaiyyətlə kommunikasiyasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüş zamanı İsmayıllı rayon prokurorluğunun əməkdaşları fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirib, iştirakçıların hüquqi prosedurlar, müraciətlərə baxılması və prokurorluğun gündəlik fəaliyyəti ilə bağlı suallarını cavablandırıblar.

"Açıq qapı" günü çərçivəsində iştirakçılara "Elektron prokurorluq" informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib. Avadanlıqların istintaq və araşdırma zamanı tətbiqi barədə əyani məlumat verilib.

Tədbirin davamında iştirakçılar İsmayıllı rayon prokurorluğunun inzibati binası ilə tanış olublar.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər