İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənib. Bu barədə ShimalNews 1 iyul tarixində məlumat verir.
Dünən günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində yolun (9-19-cu km-lər) hərəkət hissəsinə qaya parçaları tökülüb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Hazırda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub. Bərpa işləri davam edir.