İsmayıllı rayonunun Lahıc qəsəbəsində məhəllədaxili yollar təmir edilir. Bu barədə ShimalNews 3 fevral tarixində Lahıc qəsəbə İƏD-yə istinadən məlumat verir.
Zəvəro məhəlləsini qəsəbənin mərkəzi ilə birləşdirən yolda daş döşənmə bərpa olunur. Proses Lahıc qəsəbə İƏD üzrə İcra Nümayəndəliyinin təşkilatçılığı, əhalinin və KMK-nın əməkdaşları tərəfindən aparılıb. İşlər yaz-yay aylarında davam etdiriləcəkdir.
[caption id="attachment_36090" align="alignnone" width="640"]
Foto Lahıc qəsəbə İƏD[/caption]