Qəbələdə 29 iyul – 3 avqust tarixlərində keçiriləcək "Gabala Fest" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində geniş kitab sərgisi təşkil olunacaq.
Shimal.News xəbər verir ki, sərgidə "LIBRAFF", "TEAS Press" və "3 alma" nəşriyyatları zəngin kitab seçimi, yeni nəşrlər və sevilən əsərlərlə oxucuların görüşünə gələcək.
Festival proqramına uyğun olaraq sərgi çərçivəsində tanınmış müəlliflərlə görüşlər, imza saatları, kitab təqdimatları və digər ədəbi tədbirlər keçiriləcək.
Kitab sərgisi Qafqaz Riverside Hotelin ərazisində baş tutacaq və hər gün 10:00–19:00 saatlarında ziyarətçilər üçün açıq olacaq.