Qusar rayonunun Bədirqala Kənd Ümumi Orta Məktəbi uzun illər təhsil ocağında çalışan gözətçi Nəzər Yarməmmədovun əməyini yüksək qiymətləndirərək nümunəvi təşəbbüsə imza atıb.
Shimal.News xəbər verir ki, məktəbdə onun şərəfinə səmimi çay süfrəsi təşkil edilib.
Məktəb rəhbərliyi Nəzər Yarməmmədovun uzun illər ərzində vicdanla və məsuliyyətlə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək ona Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edib.
Bildirilib ki, Nəzər Yarməmmədov illər boyu məktəbin təhlükəsizliyinin və nizam-intizamının qorunmasına töhfə verib, üzərinə düşən vəzifələri daim məsuliyyətlə yerinə yetirib.
Məktəb kollektivi ona uzunmüddətli fədakar əməyinə görə təşəkkürünü bildirib, həyatının yeni mərhələsində möhkəm cansağlığı, ailə səadəti və firavan günlər arzulayıb.