Hazırda ölkə üzrə 14 heyvan bazarının fəaliyyəti bərpa edilib.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
"6 ay ərzində 11 heyvan bazarı yenidənqurmadan sonra istifadəyə verilib. Bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq", - o bildirib.