Qusar rayonunun Urva kəndinə gedən avtomobil yolunun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, uzun illərdir əsaslı təmir olunmayıb və asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Yolun böyük hissəsində asfalt qatı aşınıb, səth iri daş və çınqıllarla örtülüb, çoxsaylı çuxurlar əmələ gəlib.
Bildirilib ki, Qusarın ən böyük yaşayış məntəqələrindən biri olan Urva kəndində 800-ə yaxın ev var. Buna baxmayaraq, yolun hazırkı vəziyyəti həm minik avtomobillərinin, həm də digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Sakinlər aidiyyəti qurumlardan kənd yolunun əsaslı şəkildə yenidən qurulmasını xahiş edirlər.