top
Dağa çıxmadan zəng etmək mümkün deyil – Xızının unudulan kəndi
Foto
13 aprel 2026, 16:19
- ↺ +

Dağa çıxmadan zəng etmək mümkün deyil – Xızının unudulan kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xızının Ağdərə kəndinin bəzi sakinləri ərazini tərk edirlər.

Qafqazinfo.az-ın məlumatına görə, buna səbəb infrastruktur çatışmazlığıdır.

Sakinlərin sözlərinə görə, vaxtilə böyük və canlı yaşayış məntəqəsi olan bu kənddə elektrik enerjisi mövcud olsa da, nə internet, nə də hər hansı mobil operatorun şəbəkəsi fəaliyyət göstərir.

Təxminən bir il əvvəl kəndin yaxınlığına mobil anten quraşdırılıb. Lakin bu günə qədər istifadəyə verilməyib. Kənd əhalisi telefonla danışmaq və ya hər hansı əlaqə yaratmaq üçün avtomobillə dağlara qalxmağa məcbur qalır.

"Övladı hərbi xidmətdə olanlar var, telefon danışığı edə bilmirlər. Gərək bunlar özləri dağa çıxanda zəng etsinlər, onda da vaxt düz gəlmir. Problem sadəcə bundan ibarət deyil. Yollarımız, körpülərimiz də bərbad haldadır. Bu kənddə yaşlı sakinlər var, səhhətlərində problem yarananda qalırıq ki, onları xəstəxanaya necə aparaq. Öz hesabımıza dəfələrlə yollarda təmir işləri aparıb, körpüləri düzəltmişik. Amma sonuncu dəfə yağan güclü yağışlar yenidən bütün körpüləri yararsız hala salıb. Dəfələrlə məsələ ilə bağlı müraciətlər etmişik. Lakin heç kim gəlib maraqlanmır, yaxın durmur", - deyə kənd sakini Mehdi Dağlı deyib.

Sakinlər bildirir ki, hazırda kənddə cəmi 20-dən bir qədər çox ev qalıb və son bir ildə təxminən 20 ailə buranı tərk edib. Halbuki kənd hələ də tam boşalmayıb. Burada yaşayan insanlar var və onlar gündəlik həyatlarını davam etdirməyə çalışırlar.

Məsələ ilə bağlı "Aztelekom" MMC bildirib ki, hazırda sözügedən ərazinin relyefinin çətinliyi və təsərrüfat sayının azlığı səbəbindən ərazidə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) şəbəkəsinin tikintisi həyata keçirilməyib. Lakin sakinlərin istəyi nəzərə alınaraq, "Aztelekom" MMC tərəfindən sözügedən ərazidə "FWA" (sabit simsiz internet bağlantısı) və digər genişzolaqlı texnologiyaların tətbiqi nəzərdə tutulur.


Kənd yollarındakı problemlərlə bağlı Xızı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd edilsə də, telefon zənglərinə cavab verən olmayıb.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər