top
Bilim Quba 1 ildə 11 mindən çox şagirdi əhatə edib
Foto
14 may 2026, 11:41
- ↺ +

"Bilim Quba" 1 ildə 11 mindən çox şagirdi əhatə edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda fəaliyyət göstərən "Bilim Quba" mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur.

2026-cı il mayın 14-də bir yaşını qeyd edən mərkəz ASAN xidmətin İnnovasiyalar Mərkəzinin "Bilim Azərbaycan" layihəsi çərçivəsində fəaliyyət göstərir.

Quba ASAN Həyat kompleksində yerləşən mərkəzdə təbiət elmləri, riyaziyyat, astronomiya-kosmos-aviasiya və dizayn laboratoriyaları fəaliyyət göstərir. Hər laboratoriyada eyni vaxtda 20 nəfər olmaqla ümumilikdə 80 şagird təlimlərdə iştirak edə bilir.

Ötən bir il ərzində mərkəzdə keçirilən müxtəlif tədbirlərdə fərdi şəkildə 3000-ə yaxın uşaq, məktəblər vasitəsilə isə 2000-dən çox şagird iştirak edib. Bundan əlavə, 20-dən artıq layihəyə 6000-ə yaxın şagird və valideyn qoşulub.

Beləliklə, ümumilikdə "Bilim Quba"nın fəaliyyətlərindən yararlananların sayı 11 min 300 nəfəri ötüb.

Mərkəzdə gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən "Deneyap" texnologiya proqramı da həyata keçirilir. 2025-ci ilin aprel ayında Qubada keçirilən seçim imtahanında 1000 şagird arasından seçilən 80 nəfər bu proqramda iştirak hüququ qazanıb.

Təlimlər çərçivəsində şagirdlər 11 müxtəlif istiqamət üzrə texnologiya və innovasiya əsaslı layihələr hazırlayırlar.

Qeyd edək ki, "Bilim Azərbaycan" layihəsi 2021-ci ilin 23 sentyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir.

Layihənin əsas məqsədi 6-14 yaş arası uşaqlarda elm, texnologiya, sahibkarlıq və innovasiya sahələrinə marağın artırılması, onların XXI əsrin tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunmasıdır.

"Bilim Azərbaycan" layihəsinin ilk nümunəsi olan Bilim Bakı mərkəzi 2022-ci ilin 28 mayında İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Əziz Sancarın iştirakı ilə istifadəyə verilib.




Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər