top
Bedağarda müasir məktəb binası inşa olunur
08 yanvar 2026, 11:00
- ↺ +

Bedağarda müasir məktəb binası inşa olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə Balakən rayonunun təhsil sistemində əsaslı yeniliklər olub, yeni məktəb binaları tikilib, mövcud məktəblər əsaslı təmir edilib, modul tipli məktəblər quraşdırılıb.

AZƏRTAC-ın məlumatına görə, görülən işlər tədrisin keyfiyyətini artırmağa və müasir tələblərə uyğunlaşdırmağa yönəlib. Rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, hazırda rayonun Bedağar kənd tam orta məktəbinin kollektivi üçün 2 mərtəbəli və 180 şagird yerlik yeni bina inşa olunur.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun tabeliyində 44 ümumtəhsil məktəbi, 35 tam, 9 ümumi orta və 25 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan biri də Bedağar kənd tam orta məktəbidir. Ötən əsrin 70-ci illərində inşa edilən məktəb binası qəzalı vəziyyətə düşdüyündən yenisinin tikilməsi zərurəti yaranıb.

Yeni məktəbin tikintisinə ən çox sevinən kənd sakinləri, valideynlərdir. Yaşlı nəslin nümayəndələrinin övladları indiyədək qəzalı, heç bir şəraiti olmayan məktəbdə təhsil alıblar. Onlar ümid edirlər ki, gələn ildən yeni məktəb binası istifadəyə veriləcək və nəvələri müasir təhsil ocağında, hər cür şəraiti olan sinif otaqlarında biliklərə yiyələnəcəklər.

İş icraçısı Rövşən Mustafayevin sözlərinə görə, tikintiyə yerli sakinlər cəlb olunub. Məktəbin sinif otaqları və laboratoriyalarına gəlincə, Rövşən Mustafayev bildirib ki, tikinti işlərinə bir il əvvəl başlayıblar və qarşıdakı aylarda təhvil verəcəklər. "180 şagird yerlik məktəbdə ibtidai siniflər daxil olmaqla, 20 sinif otağı mövcuddur. Bunların içində fizika və kimya laboratoriya otaqları, böyük idman zalı və idman meydançası var. Məktəb müasir istilik sistemi, mebel və hər bir texniki avadanlıqla təchiz olunur", - deyən iş icraçısı burada şagirdlərin yaxşı təhsil alması üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Hazırda Bedağar kənd tam orta məktəbində 130 şagirdin təhsil aldığını deyən direktor Fərhad Qarakişiyev isə qeyd edib ki, məktəbin köhnə binası söküldüyündən şagirdlər müvəqqəti olaraq qonşu kənddə təhsillərinə ikinci növbədə davam edirlər. Fərhad Qarakişiyev yeni məktəb binasında son tamamlanma işlərinin getdiyini vurğulayıb. "Yəqin qısa müddətdə tikinti başa çatacaq. Biz də çalışcağıq ki, yeni məktəb binasında daha yaxşı şagirdlər yetişdirək və təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görək", - deyə o bildirib.

Bəs, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binalarının tikilməsi və mövcud binaların təmir olunması istiqamətində daha hansı işlər həyata keçirilir? Sorğumuza cavab olaraq bildirildi ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-də çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 bina sökülərək yenidən tikilib. Yeni tədris ilində idarənin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər