Balakən rayonunda 2013 əhali və 15 qeyri-əhali abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Shimal.News xəbər verir ki, Katex kəndində "Təmiz Qaz" QSC tərəfindən balans qovşağının quraşdırılması ilə əlaqədar 18 mart 2026-cı il tarixində saat 09:00-dan etibarən işlər başa çatdırılanadək qaz təchizatı dayandırılacaq.
Qeyd olunub ki, işlər yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.