Tanınmış klarnet ifaçısı Rafael Dağlı Bakı-Quba yolunda qəzaya düşüb. Bu haqda ShimalNews 6 aprel tarixində Qafqazinfo-ya istinadən xəbər verir.
İncəsənət xadimi hadisənin təfərrüatları haqqında danışıb:
“Gecə saatları idi. Anidən dumana düşdüm, yolu görə bilmədim. Sən demə, orada döngə var imiş. Sürətim elə də çox deyildi. Həm duman, həm gecə vaxtı olması səbəbindən yolu görə bilmədim. İdarəetməni itirdim və maşın yoldan çıxaraq bir neçə dəfə çevrildi.
Avtomobildə iki nəfər idik. Yanımdakı şəxsə heç nə olmadı. Özüm isə xəsarətlər aldım, qolum sındı. Xəstəxanada əməliyyat olundum. Əməliyyat 5 saata yaxın davam edib. Hazırda evdəyəm, müalicəm davam edir, səhhətim yaxşıdır”.
Rafael Bayramov bildirib ki, Şabrana nənəsinin yas mərasiminə gedirdi. Hadisə də həmin rayon ərazisində baş verib.
