top
Azərbaycanın ən gənc Milli Qəhrəmanının ailəsi ziyarət olunub
15 may 2026, 15:00
- ↺ +

Azərbaycanın ən gənc Milli Qəhrəmanının ailəsi ziyarət olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qax rayonunda "Vətənin məğrur anaları" layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı şəhid Cavanşir Rəhimovun ailəsi ziyarət olunub. Görüş Qaşqaçay kəndində keçirilib.

AZƏRTAC-ın məlumatına görə, bu baradə Qax rayonu üzrə gənclər və idman sektorundan bildirilib.

Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsinə, şəhidlərin qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına xidmət etmək, onların ailələrinə mənəvi dəstək göstərməkdən ibarətdir.

Görüş zamanı Milli Qəhrəmanın anası Lalə Rəhimova gənclərə övladının keçdiyi şərəfli döyüş yolundan, onun Vətənə olan sonsuz sevgisindən və göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb. Şəhid anası Vətən uğrunda canını qurban verən igid övladı ilə hər zaman qürur duyduğunu bildirib, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.

Xatırladaq ki, Cavanşir Rəhimov Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biridir. O, 1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Uşaq yaşlarında olarkən ailəsi Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Suraxanı rayonundakı 104 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə hərbi xidmətə çağırılan Cavanşirin taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək düşüb. O, hərbi vertolyotun bort atıcısı kimi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 1992-ci il avqustun 6-da növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Cavanşir Rəhimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

O, Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 146 saylı tam orta məktəb Cavanşir Rəhimovun adını daşıyır. Qaraçuxur qəsəbə parkında onun büstü qoyulub.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər