Xaçmaz rayonunda yol təmiri "Qaş düzəltdiyi yerdə, vurub gözünü də çıxartdı" məsələsinə dönüb.
Bu barədə Shimal.News-a danışan Qaraqurdlu kənd sakinləri bildiriblər ki, Tərlan Məhərrəmov küçəsinə asfalt örtüyünün çəkilməsi və ya yolun hamarlanması əvəzinə iri daşlar tökülüb.
Vətəndaşlar hazırda küçədə nə avtomobillə, nə də piyada hərəkət edə bilmədiklərindən şikayətçidirlər:
"İri daşlar gediş-gəlişi çətinləşdirir, ətrafa yayılan toz isə əlavə narahatlıq yaradır. Görülən iş yolu yaxşılaşdırmaq əvəzinə vəziyyəti daha da çətinləşdirib".
Onlara aidiyyəti qurumlardan məsələyə səthi yanaşmamağı, yolun əsaslı şəkildə düzəldilməsini və işlərin tam başa çatdırılmasını xahiş edirlər.