top
90 voltlu həyat: Xaçmazda məişət texnikaları bir-bir sıradan çıxır
Video
29 iyul 2026, 09:38
- ↺ +

90 voltlu həyat: Xaçmazda məişət texnikaları bir-bir sıradan çıxır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Çiləgir kəndinin sakinləri artıq 9 aya yaxındır ki, elektrik enerjisinin həddindən artıq aşağı gərginliklə verildiyini bildirərək aidiyyəti qurumlardan kömək istəyirlər.

Məsələ ilə bağlı Shimal.News-a danışan sakinlərin sözlərinə görə, kənddə elektrik şəbəkəsində gərginlik əksər vaxtlarda cəmi 90-100 volt arası olur. Bu səbəbdən evlərdə istifadə olunan məişət avadanlıqları ya ümumiyyətlə işləmir, ya da sıradan çıxır.

Onların iddiasına əsasən, aşağı gərginlik nəticəsində su nasosları, paltaryuyan maşınlar, soyuducular, fen, tozsoran və digər elektrik avadanlıqları yararsız vəziyyətə düşüb. Soyuducular işləmədiyi üçün ərzaqlar xarab olur, buzluqlar əriyir, ət və digər qida məhsulları istifadəyə yararsız hala gəlir.

Sakinlər bildirirlər ki, hamamlarda su qızdırıcıları da işləmədiyindən gündəlik məişət problemləri daha da dərinləşib. Onların sözlərinə görə, bəzi ailələr elektrik çatışmazlığı səbəbindən məcbur qalaraq generatorlardan istifadə edir və bunun üçün hər gün əlavə yanacaq xərci çəkirlər.

Şikayətçilər deyirlər ki, kənddə təxminən 100-150 ev eyni problemlə üz-üzədir.

Sakinlərin sözlərinə görə, son 9 ay ərzində aidiyyəti qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər edilib. Hətta kənd sakinləri birlikdə məsələ ilə bağlı müxtəlif qurumların qəbulunda olublar, "Qaynar xətt"ə dəfələrlə zəng edilib, kollektiv ərizələr göndərilib və yüzə yaxın sakinin imzası toplanaraq təqdim olunub.

Onlar iddia edirlər ki, müraciətlərdən sonra əraziyə bir neçə dəfə əməkdaşlar gəlsə də, problem aradan qaldırılmayıb. Əksinə, sakinlərin sözlərinə görə, vəziyyət daha da ağırlaşıb.

"İşıq bəzən 100 volta çatanda sevinirik. Evdə üç lampadan biri zəif işləyir, digərləri isə artıq sıradan çıxıb. Bu vəziyyətdə nə normal məişət həyatımız var, nə də istifadə etdiyimiz avadanlıqları qoruya bilirik", - deyə sakinlər bildirirlər.

Onlar aidiyyəti qurumlardan problemin qısa müddətdə araşdırılmasını və kənddə normal elektrik təminatının bərpa olunmasını tələb edirlər.

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər