Qubada martın 29-dan güclü qar səbəbindən bağlanan Alpan–Susay–Xınalıq yolunun açılması istiqamətində işlər davam edir.
Susay kəndinin yuxarı hissəsində qarın hündürlüyü 3 metrə çatıb. Bu səbəbdən yol hər iki istiqamətdə bağlanıb. Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin əməkdaşları fasiləsiz şəkildə təmizləmə işlərini davam etdirir.
Ətraflı Bizim.Media-nın videosüjetində: